Qaradağ rayon Lökbatan Bələdiyyəsindən verilən məlumata görə, rayon bələdiyyələrinin bir qismi “easyPAY” ödəniş sisteminə qoşulub. Lökbatan, Körgöz, Müşfiqabad,ələt, Sahil və Qobustan bələdiyyəsi yeni ödəniş siteminə qoşulmaqla büdcə gəlirlərini artırmaq istəyinədədirlər. Artıq hər qəsəbə sakini poçt və banka getməmiş sistemin post terminallarından yerli vergilərini ödəyə biləcəklər.
Bələdiyyədən verilən məlumata görə, bələdiyyənin hər biri ən azı 5% müqabilində büdcə daxilolmalarının həcmini artırmaq istəyindədirlər.
“easyPAY” ödəniş sisteminə ilk olaraq Nəsimi, sonra isə Səbail və Nizami bələdiyyələri qoşulub.
Bu günlərdə isə Gəncənin Nizami və Kəpəz bələdiyyəsi də bu sistemə qoşulub.
Ümumilikdə, “easyPAY” ödəniş sisteminə 11 bələdiyyə qoşulub.
Bundan əvvəl isə E-manat sisteminə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə digər beş bələdiyyə - Bakıxanov, Sabunçu, Yasamal, Nizami, Pirşağı və Xırdalan bələdiyyəsi qoşulub.
Bələdiyyələrdən daxil olan məlumatlara görə, hər ay elektron ödəmə sistemlərindən orta rəqəmlə ümumi büdcə daxilolmalarının həcmi 10-15% -dək vəsait artacaq.
Belediyye.info